Qafar Əliyevin kitabı qırğız dilində nəşr edilib

qafar-eliyevin-kitabi-qirgiz-dilinde-nesr-edilib
Oxunma sayı: 1390

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi  və  mərhum lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar  "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kıtabı Qırğızıstanda nəşr edilib.

“Qafqazinfo” xəbər verir ki, kitab Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub. Kitabın müəllifi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyevdir.

Kitabda Azərbaycanın  dostları haqda  məqalələr yer alıb. Kitabı Mukan Asanaliyev tərcümə edib.