Qafqaz Konserv Zavodu 24 saatlıq iş rejiminə keçdi

Qafqaz Konserv Zavodu 24 saatlıq iş rejiminə keçdi
Oxunma sayı: 977

“Qafqazinfo”nun məlumatına görə, bölgədə meyvə və tərəvəzlərin məhsuldarlığını nəzərə alaraq, fermerlərdən toplanan məhsulların birbaşa istehsala göndərilməsi üçün zavod iş həcmini və iş növbəsini artırmışdır. Hazırda zavodda mürəbbə, tomat pastası, tərəvəz turşuları, kompot istehsal olunaraq bir aydan sonra satışa çıxarılır və bu da alıcıların bu ilin istehsalı olan konservlərdən istifadə etməsinə imkan yaradır. İstər alma mövsümündə istərsə də pomidor və digər tərəvəz məhsulları mövsümündə fermerlərin əmək sərf edərək yetişdirdikləri məhsulları alan zavodda müxtəlif ət konservləri, tomat pastaları, mürəbbələr, tərəvəz yeməkləri, müxtəlif turşular və kompot çeşidləri istehsal olunur. 2006-cı ildən fəaliyyət göstərən Qafqaz Konserv Zavodunda yüksək keyfiyyətli məhsul istehsalı üçün müasir labarotoriyalar, modern texnoloji avadanlıqlar quraşdırılmışdır. Zavodda əməyin mühafizəsinə və texniki təhlükəsizliyə ciddi riayət olunmaqla yanaşı, istehsal prosesinin gigiyenik olmasına ciddi nəzarət olunur. Tanınmış “Bizim tarla” markası ilə müxtəlif çeşidli məhsullar Qafqaz Konserv Zavodunda istehsal olunmaqdadır.

Qafqaz Konserv Zavodu İSO standartları ilə fəaliyyət göstərir və Moskvada MDB İqtisadi Şurası tərəfindən təşkil olunmuş Beynəlxalq İqtisadi Forumda Müstəqil Dövlətlər Birliyinin ali keyfiyyət mükafatına layiq görülmüşdür.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi