Qafqaz Univerisitetinin nümayəndə heyəti Texnoparkla tanış olub

qafqaz-univerisitetinin-numayende-heyeti-texnoparkla-tanis-olub
Oxunma sayı: 641

Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcə, İTU-nun rektoru prof. Ahmet Karaca ilə görüşən nümayəndə heyəti, daha sonra ARI Texnoparkın baş müdiri Nazire Pekerin müşayiəti ilə Texnoparkda müşahidələr apardılar.
Türkiyədə fəaliyyət göstrərən 40-dan çox texnoparklar arasında ən böyük maddi-texniki bazaya malik olan İTU ARI Texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi- tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar olduqca maraqlı idi. Bunlarla yanaşı, Texnoparkın bu və ya digər fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir.
Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyətləri ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir.

Xatırladaq ki, QUTECHNOPARK-ın (Qafqaz Universiteti Texnoparkı) təşkilatçılığı ilə təşkil edilən işgüzar səfərdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, QUTECHNOPARK-ın müdiri Dos. İsa Qasımov, QUTECHNOPARK-da fəaliyyət göstrərn şirkətlərin idarəçilərindən Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edir. Səfərin məqsədi QUTECHNOPARK-da inkişafın sürətləndirilməsi üçün Türkiyədə fəaliyyət göstrərən texnoparkların işi ilə yaxından tanış olmaqdır.

Nigar