Qafqaz Universiteti Beynəlxalq Konsorsiumun səlahiyyətli üzvü seçilib

qafqaz-universiteti-beynelxalq-konsorsiumun-selahiyyetli-uzvu-secilib
Oxunma sayı: 699

Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu ali təhsil ocağı eyni zamanda adı çəkilən quruma səlahiyyətli üzv seçilib.

Qeyd edək ki, Qafqaz Universiteti 25-27 oktyabr 2011-ci il tarixlərində Çinin Çanqşa şəhərində təşkil edilmiş eyni adlı konfransın beşinci formunda iştirak edib və konsorsium üzvlüyünə müraciət edib. Bununla yanaşı Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya Təhlükəsizlik Məsələləri İnstitutu arasında IISRC-in fəaliyyətləri çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Əsas təşkilatçılardan olan Qafqaz Universitetinin 17-19 oktyabr 2012-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil edəcək AICT2012 beynəlxalq konfransında (www.aict.info) İnformasiya Təhlükəsizliyi haqqında yeni sessiyanın yaradılması və s. bu silsilədən olan fəaliyyətlər, təhsil müəssisəsinin ən prioritetli sahələrindən birinə cevrilib.
Nigar Məmmədli