Qafqaz Universiteti dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü olub

qafqaz-universiteti-dunyanin-100-en-yaxsi-universiteti-arasinda-64-cu-olub
Oxunma sayı: 668

Hesabatda göstərilib ki, Qafqaz Universiteti Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universitetləri arasında 64-cü yerdə qərar tutur. Beynəlxalq tələbə indiqatoru universitetin tələbələrinin ümumi sayı içərisində xarici tələbələrin nisbəti, tələbə mübadilələri və bu universitet məzunlarının təhsillərinin magistratura və doktorantura pilləsinin coğrafiyasına görə hesablanır. Qafqaz Universitetində ondan artıq ölkəni təmsil edən tələbələrin təhsil alması və məzunların əhəmiyyətli bir hissəsinin dünyanın 50 dən artıq ölkəsində magistratura və doktorantura pilləsində təhsil alması Universiteti bu siyahıda dünyanın məşhur və tarixi universitetlərini qabaqlamasına səbəb olub. Qafqaz Universiteti bu indiqatora görə nəinki keçmiş SSRİ məkanının, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqin ilk universitetidir. Beynəlxalq tələbə indiqatoruna görə Qafqaz Universiteti 90.9 xalla 64. yerlə ABŞ, İngiltərə, Kanada və bir sıra Avropa ölkələrilə yanaşı, Azərbaycanın adını dünyanın bu siyahıda yer alan 14 ölkəsi olaraq yazdırıb. Bu sıralamada yer alan 100 universiteti əhatə edən ölkələr coğrafiyasında Şərqi Avropa və Asiya qitəsini sadəcə iki ölkə Sinqapur və Azərbaycan təmsil edib.
Nigar Məmmədli