Qafqaz Universiteti ilə İğdır Universiteti arasında memorandum imzalanıb

qafqaz-universiteti-ile-igdir-universiteti-arasinda-memorandum-imzalanib
Oxunma sayı: 661

Qafqaz Universitetinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşün məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq olub. Qafqaz Universitetin Tempus otağında keçirilən görüşdə Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç Azərbaycanla Türkiyə arasında olan birlik və bərabərlikdən bəhs edib.
Rektor Ahmet Saniç Universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verib.
Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. İmzalanan sənəddə universitetlər arasında tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapıb. Rektor A. Saniç tərəfindən qonağa xatirə plaketi təqdim olunub.

Nigar Məmmədli