Qafqaz Universiteti Olimpiadada ön yerləri tutdu

Qafqaz Universiteti Olimpiadada ön yerləri tutdu
Oxunma sayı: 243

Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda (hər komandada 3 nəfər) iştirak edib. Olimpiadanın ikinci (final) mərhələsinə 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb. Qafqaz Universitetinin 10 komandasından 7-ifinal mərhələsinə vəsiqə qazanıb. Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının 8 komandasından 1-i, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının 5 komandasından 1-i, Bakı Dövlət Universitetinin 5 komandasından 3-ü finala vəsiqə qazanıb.

Aprelin 29-da keçirilən final mərhələsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilib. Müsabiqədə I, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanıb.
Olimpiadada ilk 4 yerə layiq görülən komandalar “Azerfon” və “BestComp Group” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi