Qafqaz Universiteti tələbələri Gürcüstanda uğur qazanıblar

qafqaz-universiteti-telebeleri-gurcustanda-ugur-qazaniblar-
Oxunma sayı: 709

Müsabiqələrdə Azərbaycandan Qafqaz Universiteti 4 komanda (hər komandada 3 tələbə): Baku Qafqaz U 1, Baku Qafqaz U 2, Baku Qafqaz U 3, Baku Qafqaz U 4 ilə, Moskva Dövlət Universitetinin Bakı filialı 2 komanda ilə təmsil olunub.

Cənubi Qafqaz Açıq Birinciliyi komanda müsabiqəsində 2 komandamız II dərəcəli, 1 komandamız III dərəcəli diplomlarla, fərdi müsabiqədə 1 tələbəmiz I dərəcəli diplomla təltif olunublar.

Qeyd edək ki, Cənubi Qafqaz Açıq Birinciliyində komanda müsabiqəsində 55 komanda, fərdi müsabiqədə 66 tələbə iştirak edib.

Nigar Məmmədli