Qafqaz Universitetinin əməkdaşı Amerikada

qafqaz-universitetinin-emekdasi-amerikada
Oxunma sayı: 806



Təlim Nyu-Yorkun möhtəşəm maliyyə prospekti sayılan Wall Street-dəki birjanın tarixi binasında baş tutub. Təlim proqramında Amerikanın müxtəlif kollec, universitet və məktəblərində Maliyyə dərsləri tədris edən müəllimlərlə yanaşı Azərbaycandan Qafqaz Universitetinin Maliyyə kafedrasının əməkdaşı Füzuli Əliyev də iştirak edib. Təlimin məqsədi maliyyə fənnlərini tədris edən müəllimləri maliyyə bazarları ilə yaxından tanış etmək və birjada baş verən prosesləri daha yaxından izləmələrinə imkan yaratmaqdır. 
Təlimlər Nyu-York birjasının müvafiq strukturlarının müdürləri və ya müdür müavinləri tərəfindən mühazirələr, təqdimatlar, simulyasiyalar formasında keçirilib. Təlimin birinci günü iştirakçı müəllimlərə Nyu-York Birjasının tarixi, avtomatlaşdırılmış alqı-satqı platformaları, qanunvericilik bazası haqqında təlimlər keçirilmiş, növbəti günlərdə maliyyə bazarları mütəxəsissləri-brokerlər, market meykerlərlə görüşlər keçirilib, opsion, fyuçers və digər törəmə maliyyə alətləri maliyyə bazarlarında karyera imkanları vəs. mövzularda təqdimat-mühazirələr verilib. Proqram çərçivəsində iştirakçılar 2 dəfə Nyu-York Birjasının əməliyyat mərtəbəsinə (trade floor) enmiş, investisiya institutlarının nümayəndələri, market-meykerlər və brokerlərlə söhbət etmiş, real rejimdə alqı-satqı əməliyyatlarını müşahidə edib, növbəti günlərdə Amerika Maliyyə Muzeyini gəzib, Nyu-York Birjasının İcraçı Direktoru Duncan Niederauer ilə görüş keçiriblər. Proqramda maliyyə bazarları mütəxəssisləri tərəfindən müəllimlərə maliyyə bazarları fənnlərinin tədris metodları haqqında tövsiyyələr, əyani vasitələr, faydalı elektron resurslar verilib. Təlim proqramının sonunda iştirakçılar diplom ilə təltif ediliblər.