Qafqaz Universitetinin müəllimi respublika birincisi olub

qafqaz-universitetinin-muellimi-respublika-birincisi-olub
Oxunma sayı: 649

“Fakültə İnkişaf Proqramı” çərçivəsində keçirilən müsabiqə artıq başa çatıb. Üç mərhələdən ibarət olan müsabiqədə Azərbaycan ali təhsil müəssisələrinin humanitar və sosial elm sahələri üzrə elmi-pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan gənc fakültə əməkdaşları iştirak ediblər. Qeyd edək ki, müsabiqənin yekun nəticələrinə görə, Qafqaz Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Heydər Eminli ABŞ Dövlət Departamentinin Azərbaycan ali məktəblərinin gənc fakültə əməkdaşları üçün həyata keçirdiyi Fakültə İnkişaf Proqramı müsabiqəsinin qalibi olub. Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, H. Eminli qrant mubadilə proqramı üzrə ABŞ universitetlərində 2012-2013-cü tədris ili ərzində təlim keçəcək, habelə ixtisaslaşdığı sahə üzrə araşdırma aparacaq. Qeyd edək ki, cənub-şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin ali təhsil ocaqlarından seçilən ölkə birinciləri qrant proqramı əsasında ixtisaslaşdıqları sahələr üzrə ABŞ universitetlərində təhsil almaqla yanaşı tədris prosesi və metodologiyasına dair biliklərini təkmilləşdirməkləri nəzərdə tutulur. Proqramın qalibləri eyni zamanda universitetlərarası əlaqələr yaratmaq və inkişaf etdirmək imkanları qazanacaqlar.

Nigar Məmmədli