Qafqaz Universitetinin tələbələri Avstriyaya səfər edib

qafqaz-universitetinin-telebeleri-avstriyaya-sefer-edib
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq Bölmələrinin tələbələri: Gülçin İsgəndərova, Türkan Quliyeva, Kamilə Haciyeva, Gülnar Hətəmova, Səbinə Səlimzadə, Beril Bişirici, Esmira Salamova, Təbrik Babayev və müəllim Yaşar Ehtibarlı 29.06.2012 - 15.07.2012 tarixləri arasında Avstriyanın ən mötəbər təhsil ocaqlarından biri olan Graz Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzinin dəvətilə Avstriyada səfərdə olublar.

Bu müddət ərzində tələbələr həm Graz Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzində təcrübə proqramı keçmiş həm də Graz Universiteti tərəfindən təşkil olunmuş 26 fərqli ölkədən 80 nəfər tələbə və gənc mütəxəssislərin iştirak etdiyi “Avropada Təhsil və Liderlik” mövzusuna həsr olunmuş beynəlxalq yay məktəbində müvəffəqiyətlə iştirak etmiş və sertifikatla təltif olunublar.

Tələbələr akademik çalışmalarla yanaşı, Avstriyanın Graz, Viyana və Leibnitz şəhərlərinə və eləcə də İtaliyanın məşhur Venesiya şəhərinə ekskursiyaya gediblər.

Nigar Məmmədli