Qafqaz Universitetinin TEMPUS Proqramı çərşivəsində ən böyük layihəsi

qafqaz-universitetinin-tempus-proqrami-cersivesinde-en-boyuk-layihesi-
Oxunma sayı: 640

Qafqaz Universitetində Avropa Birliyinin TEMPUS Proqramı çərşivəsində Universitetin qazanmış olduğu “Kompyuter Bilikləri Sahəsində Milli Test Mərkəzlərinin” yaradılması layihəsinin açılış mərasimi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, tədbiri Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulud açıb və bildirib ki, bu layihədə 5 Avropa universiteti və 11 yerli universitetin nümayəndəsi iştirak edir. Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinin nümayəndələrinin də iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində biliklərin artırılmasından və onların ölçülməsindən ibarətdir. Bundan başqa, layihə çərçivəsində bu Test Mərkəzlərinin Azərbaycanda qurulması üçün yerli mütəxəssislərin müəyyən müddətlərdə adları qeyd olunan ölkələrdəki universitetlərə ezam olunmaları, oradakı təcrübəni yaxından öyrənərək Azərbaycanda tətbiqi nəzərdə tutulub. Üç illik müddəti olan layihə 2015-ci ilin oktyabrında başa çatacaq.
C. Bulud həmçinin qeyd edib ki, layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, bu, Qafqaz Universitetinin TEMPUS proqramı çərçivəsində əldə etdiyi ən böüyk layihədir. Ancaq bundan başqa Qafqaz Universiteti 2008-ci ildən Avropa Birliyinin bir çox layihələrində də iştirak etməkdədir. Hazırda bu layihələrin sayı 6-dır və bu layihələr universitetin beynəlxalq ictiamiyyətdə tanınmasında və dünya təcrübsinin Azərbaycana gətirilməsində əhəmiyyət kəsb edir.

Qeyd edək ki, tədbir iki gün davam edəcək.

Nigar