Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilib

qafqaz-xalqlari-ali-dini-surasinin-iclasi-kecirilib
Oxunma sayı: 635

İdarənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Avrasiya İslam Şurası Təşkilatının tədbirinə yola düşməzdən öncə baş tutmuş iclasda Şimali Qafqaz müftiləri və QMİ-nin Gürcüstandakı, Batum və Dərbənddəki səkahiyyətli nümayəndələri, habelə Dağıstanın milli siyasət, dini işlər və xarici əlaqələr naziri Bekmurza Bekmurzayev iştirak ediblər.
Çıxış edən QXADŞ sədri Şeyxülislam Allahşükür Paşazadə, Şimali Qafqaz müftiləri Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Çeçenistan müftisi Sultan Mirzəyev, Dagıstan müftisi Əhməd Abdullayev, Kabarda-Balkar müftisi Həzrətəli Dzasejev, Kalmıkiya müftisi Əhməd Karalayev və başqaları Qafqazda və dünyada gedən proseslərə toxunaraq, həmin proseslərin mənəvi aspektinə dair fikirlərini bildiriblər. Xüsusi vurgulanıb ki, Qafqazda sülh və sabitliyin qorunub saxlanılması prosesində ənənəvi İslam dəyərlərinin qorunub saxlanılması, yad təsirlərdən qorunması olduqca vacibdir. Bu işdə dini liderlərin, dövlət qurumlarının üzərinə düşən vəzifələrdən danışan natiqlər dini və etnik zəmində qarşıdurmaların yaranmasında maraqlı olan qüvvələrin mənfur planlarının həyata keçməsinin qarşısını almaq yönündə birgə effektiv tədbirlər barədə fikir mübadiləsi apardılar. Din adından sui-istifadə, etnik separatçılıq və dini ayrıseçkilik halları qətiyyətlə pislənildi, həmçinin, dünyanın qaynar bölgələrində haqqı tapdalanan müsəlmanların vəziyyəti barədə danışıldı, bölgədə və dünyada ədalət və barışın bərqərar olması naminə dini-mənəvi birlik nümayişinin vacibliyi qeyd olundu.