Qafqazın əjdaha ili- Fotolar

qafqazin-ejdaha-ili-fotolar
Oxunma sayı: 653

Yola salmaqda olduğumuz ilin ən əlamətdar hadisəsi kimi ilk olaraq bu il Azərbaycanda keçirilən “Avrovision” müsabiqəsinin adı çəkilir: “Azərbaycan mayda 57-ci beynəlxalq mahnı müsabiqəsi “Avrovision”un qonaq və iştirakçılarını qəbul etdi. Ölkə hakimiyyəti rekord müddətdə Bakıda 20 minlik tutumu olan “Crystal Hall” tikməklə, Bayraq meydanı və mərkəzi prospektləri təmir etməklə müsabiqənin keçirilməsinə əsaslı şəkildə hazırlaşmışdı. Müsabiqənin keçirilməsinə ümumilkdə 64 milyon dollar xərclənmişdi. Bu isə “Avrovision” tarixində ən böyük məbləğ idi”.

Daha sonra Ermənistanda 2012-ci ildə keçirilən parlament seçkilərinə yer verilib. Seçkinin nəticəsi olaraq, Respublika partiyasının hakim partiya statusunu saxladığı qeyd olunub. Seçkiqabağı kampaniyadan sonra Respublikaçıların mitinqində hava şarlarının partlaması və 150-dən çox insanın yanıq xəsarəti alması bu ölkə üçün ötən ilin ən kədərli hadisəsi kimi qeyd olunur. Qeyd edək ki, həmin vaxt partlayışın baş verməsinə səbəb hava şarlarının ucuz partlayış təhlükəsi olan metanla doldurulması olmuşdu. Həmin proseslərdə təşkilatçılıq etmiş şəxs isə bir il həbs cəzasına məhkum olunur.

2012-ci ilin yayında kiçik təyyarə icazəsiz Belarusun hava boşluğuna daxil olur. Minskə qədər uçan təyyarə yol boyu oyuncaq ayılar tullayır, daha sonra Belarus ərazisini maneəsiz tərk edir. İsveç reklam agentliyi olan "Studio Total” tərəfindən təşkil olunan söz azadlığına yönələn bu aksiya böyük qalmaqala səbəb olur. Belarus hakimiyyəti əvvəlcə sərhədçilərin və Hava Hücumundan Müdafiə Qüvvələrinin bu səhvini etiraf etməyərək belə bir uçuşun baş vermədiyini desə də, sonradan etiraf etməli olur. Bundan sonra Belarus sərhəd komitəsinn sədri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı istefaya göndərilirlər.

2012-ci il Gürcüstan üçün hakimiyyətin faktiki olaraq dəyişməsi ilə yadda qalır. Oktyabrda keçirilən parlament seçkilərində milyarder Bidzina İvanaşvili tərəfindən yaradılan müxalif koalisiyası “Gürcü arzusu” qalib gəlir. İvanaşvili baş nazir postuna keçəndən sonra prezident Saakaşvilinin postunu saxlaya bilsə də nüfuzunun hiss olunacaq dərəcədə azaldığı qeyd olunur. Belə ki, Saakaşvilinin tərəfdarlarından bir çoxu ölkəni tərk etmək məcburiyyətində qalırlar, bəziləri isə həbs olunurlar.

Mayın sonlarında Çinlə sərhəddə yerləşən Qazaxıstan postlarından biri tamamilə yandırılır, orada xidmət çəkən əsgər və zabitlər isə ölürlər. “Arkankerqene” postundan 14 cəsəd çıxarılır və cəmi bir nəfər sağ çıxır ki, onu da sonradan kütləvi qətl törətməkdə ittiham edirlər. Səs-küylü cinayət işi yarım il davam edir. Dekabr ayında həmin əsgər günahkar hesab olunaraq ömürlük həbs cəzasına məhkum edilir.

Qırğızıstanın keçmiş prezidentliyə namizəd, “Xalq akademiyası” partiyasının lideri Arstanbek Abdıldaev 2012-ci ilin əvvəllərində maraqlı açıqlamasından sonra bütün dünyada məşhurlaşır. İl boyu qışın olmayacağını və cənnətin yaxınlaşdığını iddia edən akademik daha sonra Bişkekdə Vladimir Putini dəstəkləyən aksiya keçirir. Onun sözlərinə görə, Putin insanlığı xilas edə biləcək biorobotdur.

2012-ci ildə Tacikistanda hakimiyyət qüvvələri ilə döyüşçülər arasında toqquşma baş verir. Hakimiyyətə qarşı duranlar narkotik ticarətində və başqa cinayətlərdə ittiham edilən, lakin regionda müəyyən nüfuza malik olan keçmiş sahə komandirləri idilər. Toqquşmalar nəticəsində hər iki tərəfdən onlarla insan öldürülür. Mətbuat iddia edirdi ki, ölkə rəhbərliyi bununla 2013-cü il prezident seçkiləri öncəsi reginlarda “təmizləmə” əməliyyatı həyata keçirmiş olub.

2012-də Türkmənistanın Xəzər dənizində silahlanma ilə bağlı ciddi mübarizəyə qoşulduğu bildirilir. Xəzərin statusu üstündə Azərbaycanla konfliktlərin yaşandığı bu ölkə hərbi gəmilərin alınmasında xüsusi aktivlik göstərib. Payız aylarında isə tarixində ilk dəfə dənizdə hərbi-dəniz təlimləri keçirib.

2012-ci ildə Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova İspaniyada səfir postunu tərk edir. Bundan sonra ölkəsində ona məxsus fondun keçirdiyi müxtəlif sosial-mədəni tədbirlərlə yanaşı, geyim dizaynı ilə də məşğul olur. Goguş ləqəbi ilə bu il musiqi albomu çıxaran Gülnarə bir neçə klipə də çəkilib.

Ukrayna isə bu keçirilən Avro-2012 futbol çempionatı ilə yadda qalır. Çempionat zamanı bu ölkəni 4 milyon insan ziyarət edir.