Qafqazın “qaz kralı”na iki maddə üzrə ittiham irəli sürüldü

qafqazin-qaz-kralina-iki-madde-uzre-ittiham-ireli-suruldu
Oxunma sayı: 1156

“Qazprom”un törəmə şirkəti olan “Qazprom Mejreqionqaz”ın rəhbərinin müavini, Qafqazın “qaz kralı” kimi tanınan Raul Araşukov barəsində iki maddə üzrə rəsmi ittiham elan edilib.

“Qafqazinfo”nun  “TASS” agentliyinə istinadən xəbərinə görə, maddələrdə mütəşəkkil cinayətkar cəmiyyətin yaradılması və təxminən 30 milyard rubl dəyərində qazın oğurlanması əks olunub.

Qeyd edək ki, R. Araşukov daha öncə bu cinayətlərdə şübhəli bilinərək 2019-cu il yanvarın sonlarında saxlanılıb. 

Xatırladaq ki, Qafqazın “qaz kralı” ilə birlikdə oğlu, Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov da atası ilə eyni vaxtda saxlanılaraq haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. 32 yaşlı senator adam öldürtməklə yanaşı, 30 milyard rubldan çox məbləğdə qaz oğurluğunda da ittiham olunur.