Qafqazın “qaz kralı”nın kürəkəni axtarışa verildi

qafqazin-qaz-kralinin-kurekeni-axtarisa-verildi
Oxunma sayı: 2004

Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukovla atası, Qafqazın “qaz kralı” Raul Araşukovdan sonra Moskvanın Basman rayon məhkəməsi onun kürəkəni Ruslan Ağayevlə bağlı həbslə axtarış qərarı verib.

“Qafqazinfo”nun “Kompromat”a istinadən xəbərinə görə, o da qohumları kimi “Qazprom”dan qaz oğurluğunda ittiham olunur.

Xatırladaq ki, ata və oğul Araşukovlar “Qazprom”dan 30 milyard rubl dəyərində qaz oğurluğunda təqsirləndirilir.