“Qafqazinfo”nun əməkdaşı Mərkəzi Bankın imtahanında birinci oldu

qafqazinfonun-emekdasi-merkezi-bankin-imtahaninda-birinci-oldu
Oxunma sayı: 3574

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirib. 

“Qafqazinfo” xəbər verir ki, təlim iştirakçılarına Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri, pul siyasətinin məqsədi və rejimləri, nağd pul dövriyyəsinin idarə olunması və s. mövzulara dair ətraflı məlumatlar verilib. Seminar 1 ay boyunca davam edib.

Yekunda təlimdə əhatə olunmuş mövzulara dair qiymətləndirilmə aparılıb. “Qafqazinfo”nun müxbiri Günel Abubəkirova (Türksoy) imtahanda 30 sualdan 27-ə doğru cavab verərək ən yüksək balı toplayıb. İkinci yeri Fins.az saytının, üçüncü yeri isə “Reuters” agentliyinin əməkdaşları tutub. Yüksək nəticə göstərən yazarlar qurum tərəfindən press-turlara cəlb olunacaq.

Əməkdaşımızı bu yüksək nəticəyə görə təbrik edirik.