Qahirədə qatar qəzası - 34 yaralı var

qahirede-qatar-qezasi
Oxunma sayı: 925

Misirin paytaxtı Qahirədə qatar qəzası baş verib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Qahirədən Kina şəhəri istiqamətində hərəkətdə olan qatarın 3 vaqonu aşıb.

Nəticədə 34 sərnişin yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası göndərilib.

Qəzanın səbəbi araşdırılır.