Qalacuq kəndində işıq problemi həll edilib? - “Azərişıq”dan açıqlama+ Yenilənib

qalacuq-kendinde-isiq-problemi-hell-edilib
Oxunma sayı: 2281

Qusar rayon Qalacuq kəndində yerləşən 300 yaşayış evindən 180-nində işıq yanmır.

“Qafqazinfo”nun Şimal bürosu xəbər verir ki, sakinlərin sözlərinə görə, elektrik dirəkləri və naqillərdə problem olduğundan bu çətinliklə üzləşiblər.

Onlar 3 gündür İşıq İdarəsinə zəng vursalar da, problemi həll edən yoxdur.

Qeyd edək ki, Qalacuq rayona yaxın və turistik kənddir.

Emin Kərimov

***

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Qusar rayonunda gecə saatlarında güclü külək olub.

“Bu səbəbdən elektrik enerjisinin verilişində 2-3 saat fasilə yaranıb. Qəza xidməti səhər saatlarında problemi aradan qaldırıb. Hazırda ölkə ərazisində hər yerdə elektrik enerjisi təchiz olunur”, - deyə qurum rəsmisi söyləyib.