Qalada da nar festivalı olacaq

qalada-da-nar-festivali-olacaq
Oxunma sayı: 684

Trend-in məlumatına görə, bu barədə Mərkəzdən bildirilib.

Festivalda narın endemik növ olduğunun ictimaiyyətə çatdırılması, dekorativ-tətbiqi sənətkarlıq nümayişləri və master-klassların göstərilməsi, uşaqlar üçün interaktiv aksiyaların keçirilməsi nəzərdə tutulur.

Tədbir noyabrın 12-də saat 12:00-dan 17:00-dək keçiriləcək.

Festivalın proqramına Qala ərazisində nar ağacı bağlarının salınması, dekorativ-tətbiqi sənətkarlıq nümayişləri (qurama, xalçaçılıq, keramika), nar şirələrinin dequstasiyası, "Nar pəhləvanları"nın yarışması, uşaq meydancasında “Face painting” (üz boyamaları), parça üzərində rəssamlıq (kəlağayı və batik), keramika (dulusçuluq), araqçınların hazırlanması, “Abşeronun nar bağları” mövzusunda uşaqlar üçün rəsm müsabiqəsi, intellektual karaoke, nardan və şərq şirniyyatlarından hazırlanmış kompozisiyaların sərgisi, rəsm sərgisi, auksiyon və lotereya, velosiped yarışı daxildir.

Festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.