“Qalatasaray” 21-ci dəfə çempion oldu

qalatasaray-21-ci-defe-cempion-oldu
Oxunma sayı: 2002

“Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda “Göztəpə” ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, rəqibini məğlub edən “Sarı-qırmızılar” bununla da ölkə tarixində 21-ci dəfə çempion olub.

Fatih Terimin komandası rəqibini 1:0 hesabı ilə udaraq 75 xalla Türkiyə Superliqasının 2017/2018-ci il mövsümünü turnir cədvəlinin birinci pilləsində başa vurub.

Çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbağça” klubu “Konyaspor”u 3:2, “Başakşehir” isə “Kasımpaşa”nı 3:2 hesabı ilə məğlub edib. Dördüncü yerdə qərarlaşan “Beşiktaş” isə “Sivasspor”a 5:1 hesabı ilə qalib gəlib.

Beləliklə, “Fənərbağça” və “Başakşehir” 72 xalla müvafiq olaraq turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşüblər. “Beşiktaş 71 xalla dördüncü, “Trabzonspor” 55 xalla beşinci sırada qərarlaşıb.