“Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında Moskvanın “Lokomotiv” klubunu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, “sarı-qrımızılılar” rəqibini 3:0 məğlub edərək turnirə qələbə ilə başlayıb.
“Qalatasaray”a qələbə qazandıran qolları 9-cu dəqiqədə Qari Rodriges, 67-ci dəqiqədə cərimə zərbəsindən Ərən Dərdiyox və 90+4-cü dəqiqədə penaltidən Səlcuq İnan vurub.