Bu gün Türkiyə çempionatında 26-cı turunun mərkəzi qarşılaşmasından “Fənərbağça” öz meydanında “Qalatasaray”ı qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, başdan sona qədər gərgin keçən İstanbul derbisində tərəflərin çmoxsaylı hücumlarına baxmayaraq, hesab açılmayıb.
Bu bərabərlikdən sonra “Qalatasaray” xalını 54-ə yüksəldərək liderliyini davam etdirib.
“Fənərbağça” isə 48 xalla 4-cü pillədə qalıb.