“Qalatasaray” finala bir addım da yaxınlaşdı - Video

“Qalatasaray” finala bir addım da yaxınlaşdı
Oxunma sayı: 1158

Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk matçı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Akhisarspor” öz meydanında “Qalatasaray”ı qəbul edib.

Matçda hesabı 19-cu dəqiqədə Seleznyovun qolu ilə ev sahibi açıb. Lakin qolun sevinci cəmi 2 dəqiqə çəkib. 21-ci dəqidədə Ahmet Çalık “Qalatasaray”ın bərabərlik qolunu vurub.

Qoldan sonra hücumlarını daha da artıran “Qalatasaray” yalnız matçın sonunda qələbə qolunu vura bilib. 88-ci dəqiqədə Sinan Gümüş “Cimbom”a qələbə qazandırıb.

Qeyd edək ki, cavab matçı 3 həftə sonra keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi