“Qalatasaray” fransalı futbolçunu transfer etdi

qalatasaray-fransali-futbolcunu-transfer-etdi
Oxunma sayı: 1821

İstanbulun "Qalatasaray" komandası "Roma" futbol klubunun yarımmüdafiəçisi Stiven Nzonzini bir illik icarəyə götürüb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun illik maaşı üç milyon avro təşkil edəcək. Futbol klubu mövsümün sonunda 16 milyon avro ödəyərək otuz yaşlı futbolçunun transfer hüququna sahib ola bilər.

Qeyd edək ki, S.Nzonzi ötən mövsüm “Roma”da keçirdiyi 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.