“Qalatasaray” günləri sayır

qalatasaray-gunleri-sayir
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray”ın çempion olmağı üçün dünən “Fənərbaxça”nın məğlub olması lazım idi. “Fənərbaxça” öz meydanında qəbul etdiyi “Kayserispor”a 1-0 hesabı ilə uduzurdu. Lakin sonradan daha da gözəl oynamağa başlayan “Fənər”, rəqibini 2-1 hesabı ilə udmağı bacarıb. Eyni zamanda “Qalatasaray” da səfərdə “Qaziantepsor”u Burak Yılmazın vurduğu qolla 1-0 məğlub edib. Bu qələbə ilə əzəli rəqiblər arasındakı 7 xallıq fərq qorunub.

“Qalatasaray” gələn tur öz meydanında “Sivasspor”u məğlub edərsə, çempionluğunu elan edəcək. Çünki artıq gələn həftə 32-ci turun oyunları keçiriləcək və çempionatın son 2 turunda “Qalatasaray” məğlub olsa belə 1 xal fərqi ilə də yenə liderliyini qoruyacaq.

İqbal