“Qalatasaray” kubokla vidalaşdı - Gözlənilməz məğlubiyyət + Video

qalatasaray-kubokla-vidalasdi
Oxunma sayı: 2586

Türkiyə kubokunda yarımfinal mərhələsində cavab oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” ilk matçda səfərdə 2:1 hesabı ilə məğlub etdiyi “Aksihar”ı qəbul edib.

“Cimbom” matçın favoriti hesab edilsə də, gözlənilmədən məğlubiyyətlə üzləşib. Belə ki, “Akhisar” güclü rəqibini 2 cavabsız qolla məğlub edib və adını finala yazdırmağı bacarıb.

Finala digər vəsiqənin sahibi “Fənərbağça” - “Beşiktaş” matçından sonra məlum olacaq. Bu komandaların ilk matçı 2:2 bitmişdi.

“Qalatasaray” - “Akhisar” - 0:2

Qollar: 4, 35 - Seleznyov

Qırmızı vərəqə: 77 – Maykon (“Qalatasaray”)