“Qalatasaray” liderliyi əldən verdi - Video

“Qalatasaray” liderliyi əldən verdi
Oxunma sayı: 1778

Türkiyə Superliqasının 22-ci turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Kasımpaşa” öz meydanında “Qalatasaray”ı qəbul edib. Qarılaşma ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Məğlubiyyətdən sonra “aslanlar” liderliyi əldən veriblər.

Belə ki, liqaya 46 xalla “İstanbul Başakşehir” başçılıq edir. Hərəyə 44 xalı olan “Qalatasaray” və “Fənərbaxça” 2-ci və 3-cü yerləri bölüşür.

“Kasımpaşa” 2-1 “Qalatasaray”

Qollar: Rodrigues 37 (0-1); Diagne 45+3 ; Koita 80 (2-1)


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi