“Qalatasaray” liderliyini qorudu - Video

qalatasaray-liderliyini-qorudu
Oxunma sayı: 2400

Türkiyə Superliqasında 32-ci turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, lider “Qalatasaray” səfərdə “Akhisar”la qarşılaşıb.

“Sarı-qırmızılar” zəif rəqibi qarşısında üstün oyun nümayiş etdirib və sürprizə imkan verməyib. Fatih Terimin komandası 2:1 hesablı qələbə qazanaraq liderliyini davam etdirib.

“Qalatasaray” hazırda ən yaxın izləyicisi “Fənərbağça”dan 3 xal öndədir.

“Akhisar” - “Qalatasaray” - 1:2

Qollar: Serdar Aziz, 50 (avtoqol) - Rodrigez, 15, 18

Penalti qaçıranlar: 33 - Soner Aydoğdu (“Akhisar”), 90+2 - Qomis (“Qalatasaray”)