“Qalatasaray” məğlub oldu - Video

“Qalatasaray” məğlub oldu
Oxunma sayı: 1048

Futbol üzrə Türkiyə Superliqasının sonuncu turunun əsas oyununda İstanbulun “Qalatasaray” komandası səfərdə “Sivasspor”un qonağı olub.

"Qafqazinfo" xəbər verir ki, “Sivas 4 Eylul” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb.

Görüşdə ilk qolun müəllifi istannbulluların norveçli müdafiəçisi Martin Linnes olub. “Qalatasaray” 34-cü dəqiqədə Muğdat Çelikin qolu ilə hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin meydan sahibləri 43-cü və 45-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdiriblər. Daha sonra isə Sivas təmsilçisi 77-ci və 79-cu dəqiqələrdə Serhiy Rıbalka və Arouna Konenin qolları ilə hesabı 4:2 edib. “Qalatasaray” isə bu qollardan birinin əvəzini 82-ci dəqiqədə çıxa bilib. Muğdat Çelik özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Beləliklə oyun 4:3 hesabı ilə sivaslıların xeyrinə başa çatıb.

Qeyd edək ki, ötən tur çempion olan “Qalatasaray” Superliqanı 69 xalla başa vurub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi