“Qalatasaray” prezidentindən şok qərar

qalatasaray-prezidentinden-sok-qerar
Oxunma sayı: 645

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yaxın 10 gün ərzində legioner futbolçularla danışıqlar aparılacaq, lakin heç biri ilə müqavilə imzalanmayacaq. Buna səbəb UEFA-nın Türkiyə klublarını diskvalifikasiya etməsi ehtimalıdır. Aysal “Gələn sezon Avrokuboklarda iştirak etməyəcəyiksə, transferlərə milyonlarla avro xərcləmək mənasızdır”, - deyərək transfer üçün UEFA-nın qərarını gözləyəcəklərini bildirib. Bu məsələdə yalnız “Bazel”in formasını geyən Şakiri istisnadır. Klub rəhbərliyi Fatih Terimin “əl çəkmədiyi” alban futbolçunu İstanbula gətirməyə çalışır. İsveçrəlilər gənc yarımmüdafiəçi üçün 15 milyon avro tələb edir.

Ceyhun Əhmədov