Qalatasaray rəhbərinin başı yarıldı

qalatasaray-rehberinin-basi-yarildi
Oxunma sayı: 644

Oyun böyük tamaşaçı kütləsi, tərəfdar klubların fanatlarının qalmaqalı, söz-söhbət olmadan da ötüşməyib. Ən yadda qalan hadisə isə Qalatasarayın texniki direktoru Fateh Terimin başından yaralanması olub. Qalatasarayın 2-ci qolunun ardınca stadionun tamaşaçı yerləşən hissəsindən atılan əşya komanda rəhbərinin başına dəyib. Onun köməkçisi Həsən Şaş da qaşından yaralanıb. Stadion rəhbərliyi insidenti araşdırmaq istəsə də, izdiham qarşısında çarəsiz qalıb.

Raminə