“Qalatasaray” sabiq futbolçusunu qaytardı

qalatasaray-sabiq-futbolcusunu-qaytardi
Oxunma sayı: 2397

“Qalatasaray” klubu “Stok Siti”nin yarımmüdafiəçisi Badu Ndiayeni bir mövsümlük icarəyə götürüb.

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” bu keçid qarşılığında “Stok Siti”yə 750 min avro icarə haqqı ödəyəcək.

Ndiaye özü isə yeni komandasında ilinə bütövlükdə 2 milyon 700 min avro qazanacaq.

Qeyd edək ki, bu, Ndiayenin “Qalatasaray”a ikinci gəlişidi. O, 2017/18 mövsümünün ilk dövrəsində də bu komandada çıxış edib.