“Qalatasaray” Sneyderi göndərdi

“Qalatasaray” Sneyderi göndərdi
Oxunma sayı: 1611

3 ildir “Qalatasaray” forması geyinən Uesli Sneyder klubdan ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama verilib və futbolçuya təşəkkür edilib.

33 yaşlı futbolçunun klubla 1 il daha müqaviləsi olmasına baxmayaraq qarşılıqlı olaraq yollar ayrılıb. Sneyder klubdan ayrılmasına qarşılıq olaraq növbəti mövsümdə alacağı 4,5 milyon avro maaşından imtina edib.

Bundan başqa, əgər hollandiyalı ulduz 3 il ərzində Türkiyədə başqa kluba transfer olarsa “Qalatasaray”a 20 milyon avro təzminat ödəyəçəli olacaq.

Qeyd edək ki, klub rəhbərliyi Sneyderin maaşını endirməyi istəmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdı. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi