“Qalatasaray” sürprizə imkan vermədi - Video

qalatasaray-surprize-imkan-vermedi
Oxunma sayı: 1844

Türkiyə kubokunda son yarımfinalçı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” klubu 2-2-lik matçında revanşında öz meydanında “Konyaspor”la münasibətlərinə aydınlıq gətirib.

“Cimbom” 14-cü dəqiqədə hesabda geri düşməsinə baxmayaraq oyunda dönüş yara bilib. Fatih Terimin komandası 4 qol vuraraq matçdan 4:1 qalib ayrılıb və adını yarımfinala yazdırıb.

“Qalatasaray” final gedən yolda “Akhisar Gənclik Spor”la qarşılaşacaq. Yarımfinalın digər matçı “Fənərbağça” və “Beşiktaş” arasında olacaq.

“Qalatasaray” - “Konyaspor” - 4:1

Qollar: 14 – Fofana (0:1), 17 – Sərdar Əziz (1:1), 52 – Qomis (2:1), 88 – Qomis (88), 90+1 – Qarri Rodriqes (4:1).