“Qalatasaray” turu keçə bilmədi - Futbolçular fitə basıldı

qalatasaray-turu-kece-bilmedi
Oxunma sayı: 662

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qalatasaray” öz meydanında İsveçin ortabab klublarından “Ostersunds” klubu ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, “sarı-qırmızılılar” son günlər heyətinə bir neçə tanınmış futbolçu qatmasına baxmayaraq iki oyunda da qalib gələ bilməyib.

Səfərdə rəqibinə 0-2 məğlub olan “Qalatasaray” öz meydanında isə 1-1 bərabərliyə razılaşıb. Beləliklə, 1 il fasilədən sonra Avrokuboklara qayıdan “Qalatasaray”, ilk mərhələdəcə mübarizəni dayandırıb.

Oyun gedişində “Cimbom” azarkeşləri Muslera xaricində bütün futbolçuları, həmçinin baş məşqçi İqor Tudoru və klub rəhbərliyi əleyhinə şüarlar səsləndiriblər və fitə basıblar.

Qeyd edək ki, “Ostersunds” tarixində ilk dəfə Avropa Liqasında mübarizə aparır.

“Qalatasaray” – “Ostersunds”   1:1

Qollar:  60 – Nuri (pen, 0:1), 69 – Adəm Çalık (1:1)