“Qalatasaray” və “Fənərbaxça”nın 6 üzvü yığmadan kənarlaşdırıldı

qalatasaray-ve-fenerbaxcanin-6-uzvu-yigmadan-kenarlasdirildi
Oxunma sayı: 636

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Avcı sələfi Quus Hiddinkin sonuncu dəfə çağırdığı heyətdə köklü dəyişiklik edib. Baş məşqçi əvvəlki heyətdə yer alan 11 nəfərə şans tanımayıb: Sabri Sarıoğlu, Servet Çetin, Kazım Kazım, Hakan Balta (“Qalatasaray”), Volkan Dəmirəl, Emre Belözoğlu (“Fənərbaxça”), Hamit Altıntop (“Real”), Gökhan Töre (“Hamburq”), Egemen Korkmaz (“Beşiktaş”), Ozan İpek (“Bursaspor”), Giray Kaçar (“Trabzonspor”).

Bu futbolçuların əvəzində 8 yeni oyunçu yığmaya dəvət alıb: Hasan Ali Kaldırım, Serdar Aziz, Semih Kaya, Alper Potuk, Olcan Adın, Olcay Şahan, Soner Aydoğdu, Mustafa Pektemek.

Qeyd edək ki, Abdullah Avcı baş məşqçi postunda Avro 2012-nin pley-off mərhələsində Xorvatiyaya məğlub olduqdan sonra istefaya göndərilən Quus Hiddinki əvəzləyib.

Ceyhun Əhmədov