“Qalatasaray”a göz dəydi

qalatasaraya-goz-deydi
Oxunma sayı: 653

“Qafqazinfo” xəbər verir ki, dünən “Türkiyə Super Liqasının 25-ci turunda “Qalatasaray” “Gənclərbirliyi”ni qəbul edib. Görüş 1-0 hesabı ilə “Gənclərbirliyi”nin xeyrinə başa çatıb. 60-cı dəqiqədə Vlemincik “Qalatsaray”ı məğlub edən qolu vurub. Doğrudur, 85-ci dəqiqədə Didye Droqba 11 metrlik cərimə zərbəsi vurmaq şansı qazanıb, amma bundan istifadə edə bilməyib. Bir epizoda da Hamit Altıntopun vurduğu zərbə qapı dirəyinə tuş gəlib. Beləliklə ötən turda “Eskişəhərspor”la oyundakı heç-heçədən sonra bu turdakı məğlubiyyət liderin mövqeyini get-gedə laxladır.

İqbal