“Qalatasaray”dan daha bir transfer

qalatasaraydan-daha-bir-transfer
Oxunma sayı: 645

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “cimbom” 32 yaşlı futbolçuya mövsümün sonunadək 250 min avro ödəyəcək. Necati “Antalyaspor”dan almalı olduğu 400 min avronu götürməyib. “Qalatasaray” transferin müqabilində “Antalyaspor”a bir futbolçusunu verməli olsa da, antalyalıların Aydın Yılmazı istəməsi transferin rəsmiləşməsini bir qədər gecikdirir. Sağ cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Kazımı “Olimpiakos”a icarəyə verən “sarı-qırmızılılar” Aydını da komandadan göndərəcəyi halda bu mövqedə boşluq yaranacaq.

Ceyhun Əhmədov