“Qalatasaray”dan darmadağın, “İnter”in matçında 5 dəqiqədə 3 qol - Video

qalatasaraydan-darmadagin-interin-matcinda-5-deqiqede-3-qol
Oxunma sayı: 2692

Türkiyə çempionatında 22-ci ci turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 2-ci pillədəki “Qalatasaray” çətin “Kasımpaşa” səfərinə yollansa da, asan qələbə qazanıb.

“Sarı-qırmızılılar” rəqibini 4:1 hesabı ilə məğlub edib.

Bu qələbə ilə xalını 42-yə çatdıram “Cimbom”, lider “Başakşəhər”lə xal fərqini 3-ə endirib. Qeyd edək ki, “Başakşəhər” sabah “Antalyaspor”la qarşılaşacaq.

“Kasımpaşa” - “Qalatasaray” - 1:4

Qollar: Trezege, 14 - Belhanda, 22, Fequli, 28, 53, 68

İtaliya çempionatında isə 24-cü turun oyunları keçirilir. Çempionluq şansını demək olar ki itirən və yalnız gümüş medallara ümid edən 3-cü pillədəki “İnter” öz meydanında “Sampdoriya” ilə qarşılaşıb. Qarşılıqlı hücumlarla keçən matçda əsas hadisələr 73-78-ci dəqiqələr aralığında baş verib. Belə ki, 5 dəqiqəyə 3 qolun vurulduğu həmin dəqiqələrdə “İnter” 2:1 hesablı üstünlük əldə edib və yekunda qələbə qazanıb.

Hazırda 46 xalı olan “İnter” ikinci pillədəki “Napoli”dən 7, lider “Yuventus”dan isə 20 xal geri qalır.

“İnter” - “Sampdoriya” - 2:1

Qollar: D'Ambrosio, 73 (1:0), Qabbiadini, 76 (1:1), Nainqolan, 78 (2:1)