“Qalatasaray”dan darmadağın - Video

qalatasaraydan-darmadagin
Oxunma sayı: 1391

Türkiyə Super Liqasında 25-ci turunda yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Qalatasaray” öz meydanında “Antalyaspor”la qarşılaşıb.

Çempionluq mübarizəsi aparan “Cimbom” bu matçda rəqibinə heç bir şans verməyib və 5:0 hesablı darmadağınla qələbə qazanıb.

Bu qələbədən sonra xalını 49-a çatdıran “Qalatasaray” lider “Başakşəhər”lə 8 xallıq fərqi qoruyub. 32 xalda qalan “Antalyaspor” isə ötən həftə ilə müqayisədə 2 pillə geriləyərək 10-cu pilləyə enib

“Qalatasaray” - “Antalyaspor” - 5:0

Qollar: 17 - Fequli, 65 - Onyekuru, 68 - Ndiaye, 78 - Onyekuru, 90+3 - Diaqne