“Qalatasaray”dan “Fənərbaxça”ya jest

qalatasaraydan-fenerbaxcaya-jest
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi məlumata görə, “Qalatasaray”la “Fənərbaxça” arasında keçiriləcək qarşılaşma avqustun 11-dən 12-ə keçirilib.
Bunun üçün “Fənərbaxça” rəsmiləri Türkiyə Futbol Federasiyasına müraciət edib. Səbəb isə avqustun 7-8-də “sarı-lacivərdlilər”in UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çıxmasıdır. TFF müraciəti müsbət qarşılayıb, lakin “Qalatasaray”ın da buna razı olmasının vacib olduğunu bildirib. “Qalatasaray” rəhbərliyi isə təklifi qəbul edib.

Qeyd edək ki, Superliqanı 2-ci pillədə tamamlayan “Fənərbaxça” Çempionlar Liqasında mübarizəyə 3-cü təsnifat mərhələsindən, çempion “Qalatasaray” isə qrup mərhələsindən başlayacaq.

Ceyhun Əhmədov