“Qalatasaray”dan “Fənər”ə dəstək - Azyaşlılardan örnək addım+Video

qalatasaraydan-fenere-destek
Oxunma sayı: 795

“Qalatasaray”ın 10 yaşadək futbolçulardan ibarət komandası Belçikada keçirilən “Brussels Europan Football Cup” turnirində etdikləri hərəkətlə gündəmə gəliblər.

“Qafqazinfo” xəbər verir ki, “sarı-qırmızılılar” yarışda iştirak edən digər Türkiyə təmsilçisi, əzəli rəqibləri olan “Fənərbaxça”nın 9 yaşadək ibarət komandasına dəstək göstəriblər. 

Onlar “Fənərbaxça”nın komandasına ““Fənər” buraya” şüarları ilə qələbəyə səsləyiblər. “Sarı –lacivərtlilər” də tribunaya yaxınlaşaraq “Qalatasaray”lılarla görüşüblər.