“Qalatasaray”ın az qol buraxmasının sirri bilindi

qalatasarayin-az-qol-buraxmasinin-sirri-bilindi
Oxunma sayı: 641

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “cimbom”un qapıçılarla işləyən məşqçisi Klaudio Taffarel məşqdən sonra xüsusi qurğularla qapıçıları əlavə 1 saat da çalışdırır. İtaliyadan gətirilən və 4500 dollara alınan “qol maşınları” vasitəsilə qapıya istənilən sayda və istənilən sürətdə zərbə endirmək mümkün olur. Belə ki, “Globus Eurogoal” adlanan bu qurğu saatda 10 kilometrdən saatda 140 kilometrdə kimi sürətlə və 100 metrə qədər məsafədən qapıya zərbə endirə bilir. “Qol maşını” ötürmə verməyi də “bacarır” ki, bu da künc zərbələri və asmalar üzərində məşq edərkən işə yarayır.

Ceyhun Əhmədov