“Qalatasaray”ın getdiyi yol... - Video

qalatasarayin-getdiyi-yol-video
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” 19-cu dəfə bu uğura imza atıb. Fatih Terimin komandaya gəlişinə qədər, oradakı vəziyyət heç də ürəkaçan deyildi. Lakin son iki mövsümdür imperator ləqəbli məşqçi Fatih Terimin “Qalatasaray”a bəxş etdiyi komanda ruhu, güclü nizam-intizam, ağıllı futbol taktikası “Cim Bom”u uğurdan-uğura daşıyır. Bu il “Çempionlar Liqa”sında ¼ finala qədər irəliləməsi və yalnız orada “Real”Madrid kimi rəqibə ilişməsi, bu komandanın gələn mövsümdə qazanacağı uğurların bir işarəsi oldu.

Hazırda “Aslan”ın əzəli rəqibi “Fənər”i 10 xal qabaqlaması və çempion olması növbəti həftə keçiriləcək “Fənərbaxça” “Qalatasaray” derbisini formal xarakterə daşıyıb. “Qalatasaray”ın bu mövsüm getdiyi yolu kiçicik də olsa, xarakterizə edən videonu təqdim edirik.

İqbal