“Qalatasaray”ın gözü onda qalıb

qalatasarayin-gozu-onda-qalib
Oxunma sayı: 648

“Qafqazinfo” xəbər verir ki, “Cim Bom” “Arsenal” forması geyinən Lukaş Podolskini transfer etmək istəyir. “Qalatasaray” 2011-ci ildə Podolski hələ “Köln” forması geyinəndə heyətinə qatmaq istəyib.

Mövsüm sonunda “Arsenal”ın Lukaşı 11 milyon funt-sterlinqə satacağı gözlənilir. Türk klubu ilə yanaşı, futbolçu ilə “Yuventus” və “Atletiko Madrid” klubları da maraqlanır.

İqbal