“Qalatasaray”ın məşqçisi “Fənər” azarkeşi imiş

qalatasarayin-mesqcisi-fener-azarkesi-imis
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Fatih Terimin köməkçisi olan Duyğu Ərdoğan öz Twitter profilində “Qalatasaray”ın əzəli rəqibi “Fənərbaxça” lehinə bir neçə tweet atıb. Duyğunun atdığı “Bu gün günlərdən “Fənərbaxça”, Əmrə Bələzoğlu canımın içi, Engin Baytarda idman əxlaqı sıfır” kimi tweetləri “Cim Bom” azarkeşlərini ayağa qaldırıb. Buna görə də “Qalatasaray” rəhbərliyi qadın məşqçi ilə danışıqlar aparmaq qərarına gəlib. Ola bilər ki, rəhbərlik bu faktlardan sonra Duyğu Ərdoğanı klubdan uzaqlaşdırsın.

Iqbal