“Qalatasaray”lıları “buz kimi” skamyalara oturtdular - Foto

qalatasaraylilari-buz-kimi-skamyalara-oturtdular-foto
Oxunma sayı: 632

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, şaxtalı hava şəraitində keçirilən oyunun baş tutduğu “Atatürk Olimpiya Stadionu”nda ilk dəfə ehtiyat oyunçular skamyasında oturan futbolçular və texniki heyət üçün qızdırıcı vasitələr yerləşdirilib. Lakin Bu vasitələr yalnız ev sahibi “Eskişehirspor”un oturduğu skamyalarda yer alıb. “Qalatasaray”lı futbolçular isə oyunboyu isinmə hərəkətləri edərək soyuqdan qorunmağa çalışıblar.

Qeyd edək ki, bu oyunda qolsuz bərabərliklə razılaşmalı olan “Qalatasaray”ın Superliqada 9 oyunluq qələbə seriyası qırılıb.

Ceyhun Əhmədov