Qalib Rəhimovun oğlu şikayət verdi

Qalib Rəhimovun oğlu şikayət verdi
Oxunma sayı: 1064

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu, ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Arif Rəhimov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.

Onun idarə etdiyi "Subaru" markalı avtomobil atası Q.Rəhimova məxsus olduğu üçün o da zərərçəkmiş şəxs kimi tanınıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə A.Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalın və cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə baxılır. İlkin baxış iclasında şikayətin dəlilləri araşdırılıb. Baxış iclası mayın 29-na təyin edilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi