Qaliblər seçildi - Siyahı

qalibler-secildi-siyahi
Oxunma sayı: 654

Müsabiqədə birinciliyi qazanan layihənin müəllifi 2014-cü ilin fevralında İsveçrənin Lozanna şəhərində keçiriləcək Qrand Final mərasiminə qatılaraq öz biznes ideyasını beynəlxalq hakimlər qarşısında təqdim edəcəklər. 2-ci yerə çıxan start-up İsveçrədə biznes təlimin iştirakçısı olmaq və layihəsini birbaşa investorlara təqdim etmək şansını əldə edib. Finalda 3 və 4-cü yerlərin sahibləri isə hər biri 2000 AZN məbləğində pul mükafatı qazanıblar.

Ümumdünya Start-up Müsabiqəsi “Azercell Telekom” MMC, Barama İnnovasiya Mərkəzi, Paşa Bank və İsveçrənin “Seedstars” şirkətinin birgə dəstəyi ilə baş tutub. İl ərzində ümumilikdə dünyanın 20 ölkəsində ən yaxşı start-upların müəyyənləşdirilməsi üçün müsabiqələr keçiriləcək. Sonradan ölkələr üzrə qaliblər Qrand Finalda yarışacaq.

Qeyd edək ki, yarışmanın Azərbaycan üzrə seçimləri bu ilin fevralından başlayıb. Azercell-in dəstəyi ilə ilk dəfə Azərbaycanlı gənclər də bu beynəlxalq yarışmada iştirak haqqını qazanıblar. Müsabiqəyə 90-dan artıq müraciət daxil olub. Onlardan 20-si son mərhələyə vəsiqə qazanıb. Martın 27-də Barama İnnovasiya Mərkəzinin ofisində final iştirakçıları üçün Avropalı mentorlar tərəfindən təlimlər, onların layihələrinə aid fərdi məşğələlər keçirilib.

Azercell-in Barama İnnovasiya Mərkəzi gənclərə İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirməkdə yardım göstərir.